Dövlət İmtahan Mərkəzinə (DİM) Mədəniyyət Nazirliyinin tabeliyində olan musiqi məktəblərinə müəllimlərin işə qəbulu imtahanlarının keçirməsi ilə bağlı müraciət daxil olub.
AzEdu.az xəbər verir ki, bunu DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O qeyd edib ki, nazirlik DİM-ə bununla bağlı sifariş göndərib:
"İşçi qrupu yaradılıb, müzakirələr aparılır. Texniki tələblər göndərilib və tərəfimizdən layihə hazırlanır. Yekun razılaşmadan sonra müqavilə imzalanarsa, imtahanları keçirə bilərik".