Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinin nəticələri barədə məlumat avqustun 10-da namizədlərin şəxsi səhifələrinə göndərilib.
AzEdu.az xəbər verir ki, namizədlər test mərhələsinin nəticələri əsas tutulmaqla proqram təminatı tərəfindən elektron yerləşdirmədə iştirak ediblər. Bu mərhələni uğurla keçən 4337 namizəd müsabiqənin yekun – müsahibə mərhələsində iştirak edəcək. Həmin namizədlərin şəxsi səhifələrinə müsahibənin keçiriləcəyi yer və tarix barədə məlumat göndərilib.
Avqustun 13-dən etibarən keçiriləcək müsahibə mərhələsində namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq.
Fənlər üzrə müsahibə tarixləri:
13 avqust
Azərbaycan dili və ədəbiyyat
Azərbaycan dili
İbtidai sinif
14 avqust
Fiziki tərbiyə
İnformatika
15 avqust
Kimya
Fizika
Texnologiya
16 avqust
Alman dili
Fransız dili
Rus dili və ədəbiyyatı
Rus dili
Biologiya
Riyaziyyat
17 avqust
Coğrafiya
İngilis dili
18 avqust
Tarix
Musiqi
Təsviri incəsənət