Azedu.az

Masallıda məktəbli qızın ərə verilməsi ilə bağlı araşdırmalara başlanılıb  

Məktəblər

Maraqlı

31 Yanvar 2022, 12:36
Masallıda məktəbli qızın ərə verilməsi ilə bağlı araşdırmalara başlanılıb  

Ailə, Qadın və Uşaq Poblemləri üzrə Dövlət Komitəsi Masallı rayonunda məktəbli qızın ərə verilməsi ilə bağlı məlumatlara münasibət bildirib.

 

Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu  bildirib ki, rayonun Alvadı kəndində yeniyetmə qızın ərə verilməsi barədə məlumatlarla əlaqədar araşdırmalara başlanılıb.

 

Onun sözlərinə görə, araşdırmaların nəticəsinə uyğun olaraq ictimaiyyətə ətraflı məlumat veriləcək.

 

"Əgər fakt təsdiqini taparsa, müvafiq tədbirlər görüləcək", - Dövlət Komitəsinin sözçüsü bildirib.

 

Qeyd edək ki, sosial şəbəkələrdə Masallı rayonunun Alvadı kəndində məktəbyaşlı qızın ərə verilməsi barədə məlumatlar yayılıb. Yetkinlik yaşına çatmayan qızın uzun müddətdir təhsildən kənarlaşdırıldığı da iddia olunur.

 

report

Ukrayna ordusu geri çəkildi: Bu şəhərdə Rusiya bayrağı qaldırıldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox