Azedu.az

Məktəblərlə bağlı yeni nümunəvi qaydalar hazırlanır-Nazirlik rəsmisi AÇIQLADI

Elm və Təhsil Nazirliyi

28 Yanvar 2022, 16:32
Məktəblərlə bağlı yeni nümunəvi qaydalar hazırlanır-Nazirlik rəsmisi AÇIQLADI

 

“Məktəbdə sağlam və təhlükəsiz öyrənmə mühitinin təşkil edilməsi və ümumiyyətlə, bu mühitin yaxşılaşdırılması istiqamətində intensiv işlər 2021-ci ilin yayından etibarən başlayıb”

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov qeyd edib.

 

Nazirlik rəsmisi yeni nümunəvi qaydaların təqdimatının olacağını bildirib:

 

“Sağlam şagird-müəllim, şagird-məktəb, şagird-şagird, valideyn-müəllim, valideyn-məktəb münasibətlərini tənzimləyən hüquqi normativ sənədlərin və nümunəvi qaydaların yenidən işlənilməsi, təkmilləşdirilməsi prosesinə start verilib. Növbəti tədris ili başlanandək yeni nümunəvi qaydaların təqdimatı olacaq”.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox