Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.
AzEdu.az xəbər verir ki report-un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Əsgərabad kəndində baş verib.
Belə ki, kənd sakinləri 2005-ci il təvəllüdlü Əmirov Kənan Nizami oğlunu və 2005-ci il təvəllüdlü Qəhrəmanov Coşqun Ələddin oğlunu "VAZ 2107" markalı minik avtomobili vurub.
Məktəblilər ağır vəziyyətdə rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.