Azedu.az

Abituriyentlərin çətinlik çəkdiyi bəzi tapşırıqlara dair metodik tövsiyənin hazırlanması məsələsi müzakirə edilib  

28 Yanvar 2022, 11:46
Abituriyentlərin çətinlik çəkdiyi bəzi tapşırıqlara dair metodik tövsiyənin hazırlanması məsələsi müzakirə edilib  

Dövlət İmtahan Mərkəzində (DİM) biologiya və tarix fənləri üzrə işçi qruplarının iclası keçirilib.

 

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, hər iki fənn üzrə işçi qrupunun iclasında gündəlik məsələ 2021-ci ildə keçirilmiş ali təhsil müəssisələrinə qəbul imtahanında abituriyentlərin cavab verməkdə çətinlik çəkdiyi bəzi tapşırıqların izahına dair metodik tövsiyənin hazırlanması olub. Metodik tövsiyələr “Abituriyent” jurnalının 2-ci sayında dərc ediləcək.

 

İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib və təkliflər verilib. İşçi qruplarının növbəti iclası fevralın 3-də olacaq.

TƏCİLİ! Gərnginlik dayanmır - İran PUA-larla vurulur
Son xəbərlərDaha çox