Azedu.az

UNEC-də qış imtahan sessiyası davam edir

Universitetlər

21 Yanvar 2022, 17:48
UNEC-də qış imtahan sessiyası davam edir

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2021-2022-ci tədris ilinin qış imtahan sessiyası davam edir.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, fevralın 2-dək davam edəcək imtahanlarda ümumilikdə bakalavr səviyyəsi üzrə 14483 tələbənin iştirakı nəzərdə tutulub. Onlardan 12462-si əyani, 2021 nəfər isə qiyabi təhsil alan tələbələrdir. Qış imtahan sessiyasında ümumilikdə 3881 magistrantın iştirakı planlaşdırılır. Onlardan 430 nəfəri Magistratura Mərkəzi üzrə, 2161 nəfəri MBA proqramı üzrə, 1290 nəfəri isə Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində təhsil alır.

 

UNEC-in Zaqatala filialı üzrə isə ümumilikdə 1268 tələbənin imtahanda iştirakı nəzərdə tutulub. Onlardan 760-ı əyani, 508-i isə qiyabi təhsil alanlardır.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox