Azedu.az

Bu məktəbdə işıqlar niyə yanmır?-RƏSMİ AÇIQLAMA

Elm və Təhsil Nazirliyi

6 Yanvar 2022, 12:44
Bu məktəbdə işıqlar niyə yanmır?-RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə Bakının 167 saylı məktəbində iki gündür, işıqların yanmadığı ilə bağlı məlumatlar yayılıb.

 

Həmin təhsil müəssisəsindən AzEdu.az-a verilən məlumata əsasən 167 nömrəli tam orta məktəbin yaxınlığındakı küçədə elektrik xətlərində qəza baş verib:

 

“"Azərişıq" ASC-dən bu gün problemi həll etməyə çalışacaqları bildirilib.

 

Məktəbin daxili elektrik şəbəkəsində hər hansı problem yoxdur”.

 

Bakı Şəri üzrə Təhsil İdarəsi AzEdu.az-a açıqlamasında bildirib ki, 167 nömrəli tam orta məktəbin elektrik enerjisi ilə təchizatında yaranmış fasilə ilə bağlı aidiyyəti üzrə müvafiq qurumlara müraciət olunub:

 

 “Məsələnin qısa zamanda həll edilməsi üçün aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər həyata keçirilir. Məktəbdə tədris prosesi davam edir, davamiyyət normaldır”.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
Son xəbərlərDaha çox