Azedu.az

Magistraturaya boş qalan yerlərin sayı açıqlandı

Magistratura

8 Avqust 2018, 13:45
Magistraturaya boş qalan yerlərin sayı açıqlandı

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə ixtisaslaşma seçimi avqustun 7-də başlayıb.

AzEdu.az xəbər verir ki, “Magistr” jurnalının 6- cı sayında  boş qalan ixtisaslara plan yerləri elan olunub.

Azərbaycan və rus bölmələri üzrə bütövlükdə dövlət büdcəsi hesabına təhsil almaq üçün boş qalan ixtisaslarda plan yerlərin sayı 290-dır.

 Ən çox boş qalan plan yeri isə “Hərbi və dövlət müdafiəsini idarəetmə” ixtisasındadır. Burada 36 yer mövcuddur.

Qeyd edək ki, magistraturalarının boş qalan yerlərinin müsabiqəsinə 25 fevral və 3 iyun 2018-ci il tarixlərində keçirilmiş ikimərhələli qəbul imtahanında iştirak edərək müsabiqə şərtini ödəyən bakalavrlar bitirdiyi ixtisasa müvafiq olan 20-dək ixtisaslaşma kodunu seçə bilərlər.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox