Azedu.az

LDU Kars (Kafkas) Universiteti ilə əlaqələrini genişləndirir

Maraqlı

27 Dekabr 2021, 18:00
LDU Kars (Kafkas) Universiteti ilə əlaqələrini genişləndirir

Kafkas (Kars) Universitetinin prorektoru, professor Engin Kılıç, Beynəlxalq əlaqələr bölməsinin rəhbəri,professor Hacəli Nəcəfoğlu, Baytarlıq fakültəsinin dekanmüavini, professor Cihan Kaçar, həmin fakültəninprofessoruYavuz Öztürklər Lənkəran Dövlət Universitetində (LDU) olublar.


AzEdu.az xəbər verir ki, LDU-nun
rektoru, professor Natiq İbrahimov qonaqlara  rəhbərlik etdiyi ali təhsil ocağı, burada son illərdə təhsilin modernləşdirilməsi istiqamətində aparılan islahatlar, maddi-texniki bazanın yenilənməsi və s.barədə ətraflı məlumat verib. Qardaş Türkiyə Cümhuriyyətinin ali təhsil ocaqları ilə son illərdə genişlənən əlaqələrdən danışan rektor Natiq İbrahimov  bu əlaqələrin daha da genişləndirilməsini məqsədəuyğun hesab etdiyini bildirib.


Kafkas
(Kars) Universitetinin prorektoru, professor Engin Kılıç, rektor, professor Hüsnü Kapunun salamlarını LDU-nun rektoru, professor Natiq İbrahimova çatdıraraq səmimi görüşə və qonaqpərvərliyə görə minnətdarlığını bildirib, Baytarlıq klinikasının yaradılmasına kadr dəstəyi verəcəklərini deyib.


Söhbət zamanı
birgə kadr hazırlığı, müəllim və tələbə mübadiləsi, ortaq konfransların keçirilməsi, ikili elmi rəhbərlərin təyin olunması, müvafiq ixtisaslar üzrə ikili diplomların təsisi, LDU-da Baytarlıq klinikası açılması və növbəti semestrdən başlayaraq professor müəllim heyətinin 1 və ya 2 semestrlik LDU-da dərs keçmələri haqqında razılığa gəlinib. Görüşün sonunda xatirə hədiyyələri təqdim edilib.


Səfər çərçivəsində
qonaqlar LDU-nun Aqrar və mühəndilsik fakültəsinin müəllim və tələbələri ilə görüşüblər. Diskussiya şəraitində keçirilən görüşdə fikir və rəylər dinlənilib, iştirakçıları maraqlandıran  suallar cavablandırılıb.

Rusiyadan Ermənistana sərt xəbərdarlıq: Ciddi məşğul olacağıq!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox