2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsində namizədlərin sənədlərinin yüklənilməsi prosesinə dəyişiklik edilib.
AzEdu.az xəbər verir ki, əvvəlki qaydaya əsasən vakansiya seçimindən öncə namizədlər tərəfindən elektron ərizələrində ali və ya orta ixtisas təhsili haqqında sənədin və ona əlavənin surətlərinin yüklənilməsi tələbi qoyulub. Namizədlər üçün vakant yerlərin seçimi prosesini daha da asanlaşdırmaq məqsədilə təhsil sənədlərinin müsahibə mərhələsində yoxlanılmasına qərar verib.
Edilən dəyişikliyə əsasən namizədlər diplom və ona əlavəni yükləmədən də vakant yerləri seçərək ərizələrini təsdiq edə bilərlər. Bildiririk ki, vakant yerlərin seçim prosesi 1 gün artırılıb. Namizədlər avqust ayının 9-u saat 23:59-dək vakant yerləri seçərək elektron ərizələrini təsdiqləyib tamamlamalıdırlar. Müsahibələrin keçiriləcəyi yer və tarix barədə hər bir namizədin şəxsi səhifəsinə və mobil nömrəsinə müvafiq məlumat göndəriləcəkdir. Namizədlərdən müsahibəyə gələrkən şəxsiyyəti təsdiq edən sənədin və ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin əslini gətirmələri tələb olunur.