Bu il paytaxtdakı 79 məktəb resurs dəsti ilə təmin olunub.
Bu barədə AzEdu.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, 2021-ci ildən Təhsil Nazirliyi tərəfindən pilot olaraq həyata keçirilən layihə çərçivəsində verilən resurs dəstləri ümumi təhsil müəssisələrinin I siniflərini əhatə edir.