Bakı Ali Neft Məktəbinin 10-cu ildönümünə aid keçirilən tədbirdə rektor Elmar Qasımova “Qabaqcıl Neftçi” medalı təqdim edilib.
AzEdu.az xəbər verir ki, rektor bu barədə öz paylaşımından qeyd edib:
“Bu gün, Bakı Ali Neft Məktəbinin yaranmasının 10 - cu ildönümünü qeyd etdik. SOCAR prezidenti Rövnəq Abdullayev tədbirimizdə iştirak edərək fəaliyyətimizə yüksək qiymət verdi. Mənə, yüksək səviyyəli neftçi mühəndis kadrları hazırladığımıza görə “ Qabaqcıl Neftçi” medalını təqdim etdi.
SOCAR rəhbərliyinə, şəxsən Rövnəq müəllimə bu diqqətinə görə minnətdarlığımı bildirirəm. Eyni zamanda BANM-ın qazandığı nailiyyətlərə görə bütün tərəfdaşlarımıza, dostlarımıza təşəkkürümü bildirirəm.
SÜKANI BELƏ SAXLAYAQ”