Qəbul imtahanında Azərbaycan dilindən hansı yenilik gözlənilir?
Abituriyentlər tərəfindən AzEdu.az-a ünvanlanan suallardan biri də Azərbaycan dili fənnindən orfoepiya qaydalarına edilən dəyişikliklərin qəbul imtahan proqramına daxil edilməsi ilə bağlıdır.
AzEdu.az DİM-ə istinadən xəbər verir ki, İmtahan proqramları və ədəbiyyat siyahısı 1 nömrəli "Abituriyent" jurnalında dərc olunacaq.
Qeyd edək ki, imtahan tarixləri yeni ilin əvvəlində elan olunacaq.