Dövlət İmtahan Mərkəzi tərəfindən dekabrın 26-da Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı keçiriləcək. Namizədlərin sınaq imtahanı üçün qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet saytında dekabrın 19-u saat 18:00-dək davam edəcək.
Mərkəzdən bildirilib ki, imtahan müddəti 2 saat 30 dəqiqədir. Sınaq imtahanında yazı bacarıqlarının ölçülməsi (esse tapşırıqları) nəzərdə tutulmur.
Namizədlər aşağıda qeyd olunan linkdəki müvafiq keçidlər vasitəsilə XİN-ə işə qəbul qaydaları və müsabiqə şərtləri ilə tanış ola bilərlər.
//exidmet.dim.gov.az/elimt/XINTest/elan