Azedu.az

“Dərs evi” tədris mərkəzinin abituriyentləri UNEC-lə tanış olublar  

Məktəblər

14 Dekabr 2021, 15:24
“Dərs evi” tədris mərkəzinin abituriyentləri UNEC-lə tanış olublar  

“Dərs evi” tədris mərkəzinin abituriyentləri “UNEC-də bir gün” layihəsində iştirak ediblər.

Tədris mərkəzinin I və V ixtisas qrupuna hazırlaşan və xüsusi istedadı ilə seçilən abituriyentləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) texniki və texnoloji ixtisaslarının tədris olunduğu 3 saylı binasında olublar.

UNEC-dən bildirilib ki, abituriyentlərə tədris olunan ixtisaslar barədə məlumat verilib.

Xarici universitetlərlə ikili diplom, eləcə də UDİD, minor və beynəlxalq mübadilə proqramları, UNEC-in xüsusi təqaüdü və digər üstünlükləri abituriyentlərin xüsusi marağına səbəb olub.

Sonra abituriyentlər üçün infotur təşkil edilib. Onlar müasir texniki avadanlıqla təchiz olunmuş auditoriyalar, kitabxana, akt və idman zalları, tələbə yeməkxanası, eləcə də universitetin digər inzibati və tədris məkanları ilə tanış olublar.

“UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər 492-60-43 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi feysbuk səhifəsi ilə əlaqə saxlaya bilərlər.

Ukrayna ordusu geri çəkildi: Bu şəhərdə Rusiya bayrağı qaldırıldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox