Azedu.az

ADU-da tələbələrdən məcbur üçüncü doza vaksin tələb olunur? - AÇIQLAMA  

Universitetlər

14 Dekabr 2021, 14:48
ADU-da tələbələrdən məcbur üçüncü doza vaksin tələb olunur? - AÇIQLAMA  

Azərbaycan Dillər Universitetinin tələbələrinə mütləq 3-cü doza vaksin olunmaları ilə bağlı tapşırıq verildiyi haqda məlumatlar yayılıb.

 

Məlumatlara əsasən, 3-cü doza vaksin olunmayan tələbələrin universitetə buraxılmayacağı bildirilib.

 

Məsələ ilə bağlı universitetin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavid Zeynallı AzEdu.az-a  açıqlamasında mövzuya aydınlıq gətirib.

 

Şöbə müdiri,-“Təhsil müəssisələrində üçüncü doza vaksinin vurulması məcburidir. Bu, inzibati-pedaqoji heyətə aiddir. Hazırda ADU-da üçüncü doza vaksinin tələbələrdən tələb olunması ilə bağlı məcburiyyət halları yoxdur. Üçüncü dozanın vurulması tələbələrə tövsiyyə xarakteri daşıyır”-deyə bildirib.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox