Azedu.az

Rusiyada internat məktəbdə kütləvi zəhərlənmə baş verib

Məktəblər

14 Dekabr 2021, 11:12
Rusiyada internat məktəbdə kütləvi zəhərlənmə baş verib

Tuva Respublikasının Kızıl şəhərindəki internat məktəbin 70-dən çox şagirdi qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

 

Bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Məlumatda bildirilir ki, əvvəlcə 33 uşaq kəskin respirator virus diaqnozu ilə xəstəxanaya çatdırılıb. Son məlumata görə isə xəstəxanaya yerləşdirilənlərin sayı 74 nəfərdir. Onlara qida zəhərlənməsi diaqnozu qoyulub. Hazırda uşaqların vəziyyəti normaldır. Məktəbdə karantin elan edilib.

 
Ukrayna ordusu geri çəkildi: Bu şəhərdə Rusiya bayrağı qaldırıldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox