Azedu.az

DİM-də qəbul imtahanlarının modelinə uyğun tapşırıq nümunələri müzakirə edilib

8 Dekabr 2021, 16:00
DİM-də qəbul imtahanlarının modelinə uyğun tapşırıq nümunələri müzakirə edilib

Dövlət İmtahan Mərkəzində (DİM) kimya, fizika və rus dili (tədris dili) fənlərindən işçi qruplarının iclasları keçirilib.
DİM-dən bildirilib ki, iclasda fənlər üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları modelinə uyğun tapşırıq nümunələri müzakirə olunub.
Müzakirələrdə tapşırıqların hər birinin fənn kurikulumuna görə hansı alt standartların tələblərinə uyğun bilik və bacarıqları yoxlamağa və qiymətləndirməyə imkan verməsi dəqiqləşdirilib. Kimya və fizika fənləri üzrə tapşırıqların rus dilinə tərcümə olunmuş variantları yoxlanılıb.
İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib və təkliflər verilib.
Ali təhsil müəssisələrinə qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələri “Abituriyent” jurnalının 1-ci sayında dərc ediləcək.
İşçi qruplarının növbəti iclası dekabrın 14-15-də olacaq.

Rusiyadan Azərbaycan ərazisində ƏMƏLİYYAT
Son xəbərlərDaha çox