Azedu.az

DİM-də növbəti SAT imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM)

6 Dekabr 2021, 09:30
DİM-də növbəti SAT imtahanı keçirilib

2021-ci il dekabrın 4-də DİM-in Nəsimi rayonu, Həsən Əliyev küçəsi 299 ünvanında yerləşən inzibati binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun SAT imtahanı təşkil olunub.

 

AzEDu.az xəbər verir ki, imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub. 

 

İmtahanda ümumilikdə 55 nəfər iştirak edib.

 

Növbəti SAT imtahanlarının 2022-ci il martın 12-də keçirilməsi nəzərdə tutulur. SAT imtahanlarına qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı DİM-in rəsmi internet saytından əldə etmək olar: //dim.gov.az/activities/exams/sat/ 

Rusiyadan Azərbaycan ərazisində ƏMƏLİYYAT
Son xəbərlərDaha çox