Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən noyabrın 28-də keçirilmiş peşəkar mühasib sertifikatı imtahanının II mərhələsinin nəticələri yaxın 10 gün ərzində elan olunacaq.
AzEdu.az xəbər verir ki, imtahan 3 saat müddətində aparılıb və namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. Həmin tapşırıqların 35-i qapalı, 5-i açıq tipli olub. İmtahanda maksimum 100 bal toplamaq mümkündür.