Pedaqoji fəaliyyətlə məşğul olan şəxslər üçün vacib məqamlardan biri də dərs yükünün müəyyən edilməsidir.
Müəllimlərin həftəlik və illik dərs yükünün müxətlif pillələr üzrə təhsil müəssisələrində fərqli şəkildə tənzimlənməsi müəyyən olunur.
AzEdu.az xəbər verir ki, təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normaları aşağıdakı kimi müəyyən edilir:
Ali və orta ixtisas təhsili müəssisələrində isə professor-müəllim heyətinin və konsertmeysterlərin bir stavka üzrə illik dərs yükü - 500 saatdan az olmamaqla müəyyən edilir.
Bu zaman ali təhsil müəssisələrində mühazirə, seminar, laborator və praktiki məşğələlərə, eləcə də mədəniyyət, musiqi, incəsənət təmayüllü ixtisaslarda fərdi dərslərə ayrılan vaxtın həcmi illik dərs yükünün 60 faizindən, orta ixtisas təhsili müəssisələrində nəzəri, laborator və praktiki məşğələlərə, eləcə də mədəniyyət, musiqi, incəsənət təmayüllü ixtisaslarda fərdi dərslərə ayrılan vaxtın həcmi isə illik dərs yükünün 80 faizindən az olmamalıdır.