Azedu.az

Dövlət orqanlarında vakant vəzifələr üzrə daxili müsahibədə 11 nəfər uğur qazanıb  

Dövlət qulluğu

13 Noyabr 2021, 15:36
Dövlət orqanlarında vakant vəzifələr üzrə daxili müsahibədə 11 nəfər uğur qazanıb  

On iki dövlət orqanında 30 vakant vəzifə üzrə noyabrın 1-dən başlanan daxili müsahibə davam edir.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilib. Müsahibədə iştirak etmək üçün 66 nəfərin müraciəti qeydə alınıb. Bu gün saat 11:40-dək olan məlumata görə, müsahibədə 11 nəfər uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

 

Daxili müsahibə noyabrın 29-dək davam edəcək.

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox