Müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatdıqdan sonra bir sıra namizədlər müddətli müqavilə ilə işə qəbul olunub.
Həmin şəxsləri maraqlandıran əsas məsələlərdən biri də daimiləşdirmə müsabiqəsinin keçirilib-keçirilməyəcəyi ilə bağlıdır.
AzEdu.az İnsan Resursları Mərkəzinə istinadən xəbər verir ki, müddətli müqavilə ilə müvafiq vakant yerə işə qəbul edilən şəxslər üçün tədris ili ərzində daimiləşdirmə müsabiqəsinin keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, dəqiq tarixlə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.