Xaricdə təhsil almaq istəyənlərin beynəlxalq imtahan və dil sertifkatlarına ehtiyacı olur. Əksər universitetlər müxtəlif dillərdə təhsil üçün dil sertifikatı tələb edir.
Şərqi Asiya ölkəsi olan Yaponiyada yapon dilində təhsil almaq üçün də dil sertifikatı tələb olunur. Bu, JLPT (Japanese Language Proficiency Test) adlanan imtahandır.
AzEdu.az imtahan haqqında məlumatları təqdim edir:
JLPT (Japanese Language Proficiency Test) adllanan imtahan vasitəsilə yapon dili bilikləri yoxlanılır.
İmtahanın 5 səviyyəsi mövcuddur.N5, N4, N3,N2 N1, olaraq sıralanan səviyyələrdən ən çətini N1-dir.
N4 və N5 səviyyəsi sizin aşağı səviyyə yapon dili anlayışınızı yoxlamaq üçündür. N2 səviyyəsində gündəlik həyatda baş verən müxtəlif situasiyalar və ya proseslərdə yapon dili anlayışınız yoxlanılır. N3 səviyyəsi isə N2/N1 və N4/N5 səviyyəsinin ortasındadır.
İmtahan hər səviyyə üzrə bir neçə hissəyə bölünür və hər birinə ayırılan vaxt fərqlidir.
N5 səviyyəsi 3 hissədən ibarətdir: Söz bazası, Qarammatika və oxuma, dinləmə.
Birinci hissəyə 25, ikinciyə 50, dinləməyə isə 30 dəqiqə vaxt ayrılır.
N4 səviyyəsi də eynilə 3 hissəyə ayrılır. Birinci hissəyə 30, oxumaya 60, dinləmə üçün 35 dəqiqə vaxt verilir.
N3 orta səviyyəsi də 3 hissədən ibarət olmaqla, 140 dəqiqə davam edir.
Söz bazası- 30 dəqiqə
Oxuma- 70 dəqiqə
Dinləmə - 40 dəqiqə
N2 səviyyəsi isə 2 hissədən ibarətdir. Birinci hissə olan Söz bazası, qrammatika və oxuma 105 dəqiqə davam edir. Dinləməyə isə 50 dəqiqə vaxt ayrılır.
Ən çətin səviyyə olan N1-də iki hissədən ibarətdir. Birinci hissəyə 110, dinləməyə verilən vaxt isə 60 dəqiqədir.
Səviyyələr üzrə ümumi bal sistemi 180-dir.
N5 və N4 səviyyələrində qrammatika və oxumada ümumi bal 120, keçid balı isə 38-dən yuxarıdır. Dinləmə hissəsində isə 19-dan yuxarı nəticə göstərmək tələb olunur.
Digər 3 səviyyənin hər bir hissəsində ümumi bal 60, keçid isə 19-dan yuxarıdır.
Səviyyələr üzrə ümumi keçid balları:
N5 – 80-dən yuxarı
N4 – 90-dan yuxarı
N3 – 95- dən yuxarı
N2 – 90- dan yuxarı
N1 – 100- dən yuxarı
Qeyd edək ki, JLPT sertifikatı ilə Yaponiyada təhsil almaq, işləmək və daimi yaşayış haqqı qazanmaq mümkündür.