Ali məktəblərə ixtisas seçimi davam edir.
Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, bu saata olan göstəricilərə əsasən, I ixtisas qrupu Azərbaycan bölməsi üzrə 3790, II ixtisas qrupu üzrə 2541, III ixtisas qrupu üzrə 3140, IV ixtisas qrupu üzrə 1185 nəfər ərizəsini təsdiq edib.
I ixtisas qrupu rus bölməsi üzrə 395, II ixtisas qrupu üzrə 308, III ixtisas qrupu üzrə 294, IV ixtisas qrupu üzrəisə 148 nəfər elektron ərizəsini təsdiq edib. V ixtisas qrupunda ərizəsini təsdiq edənlərin sayı ümumilikdə 33 nəfərdir.
Bu saata əsasən, 4 ixtisas qrupu üzrə ümumilikdə 11.801 nəfər ərizəsini təsdiq edib.
Xatırladaq ki, ixtisas seçimi avqustun 13-dək davam edəcək.