Azedu.az

İnformatika I qrupa salındıqdan  sonra elektron ərizədə bu VACİB yenilik olacaq-DİM

Məktəblər

Maraqlı

Buraxılış İmtahanları

Elm və Təhsil Nazirliyi

4 Noyabr 2021, 13:13
İnformatika I qrupa salındıqdan  sonra elektron ərizədə bu VACİB yenilik olacaq-DİM

 

 

İnformatika fənni I  ixtisas qrupuna neçənci ildə əlavə ediləcək?

 

AzEdu.az I ixtisas qrupuna hazırlaşanları ən çox düşündürən sualın cavabını təqdim edir:

 

2023-cü ildə I qrup üzrə informatika yönümlü (Rİ altqrupuna daxil olan) ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər imtahanın II mərhələsində riyaziyyat və fizika fənləri ilə yanaşı informatika fənnindən, digər mühəndislik (RK altqrupuna daxil olan) ixtisaslarının müsabiqəsində iştirak etmək istəyən abituriyentlər isə kimya fənnindən imtahan verəcəklər. Hər iki altqrupa daxil olan ixtisaslar üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər isə II mərhələdə riyaziyyat, fizika və kimya fənləri üzrə imtahan verdikdən sonra əlavə olaraq informatika fənnindən fərq imtahanı verəcəklər. Beləliklə, abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı I ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və yaxud ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçmək imkanına malik olacaqlar.

Rusiyadan Bakıya hücum - Bunu da etdilər!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox