Azedu.az

Xüsusi qabiliyyət imtahanlarına həsr edilmiş işçi qrupun iclası keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM)

4 Noyabr 2021, 09:12
Xüsusi qabiliyyət imtahanlarına həsr edilmiş işçi qrupun iclası keçirilib

2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə təşkil olunacaq xüsusi qabiliyyət imtahanlarına həsr edilmiş işçi qrupun iclası keçirilib.

 

AzEdu.az xəbər verir ki, iclasda 2022-ci ildə keçiriləcək xüsusi qabiliyyət imtahanlarının daha da təkmilləşdirilməsi və bir sıra yeniliklərin tətbiqi müzakirələrin əsas mövzusu olub.

 

İclasda təsviri sənət istiqamətinə aid ixtisaslar üzrə kadr hazırlığını həyata keçirən ali təhsil müəssisələrinin mütəxəssisləri iştirak ediblər.

 

Qeyd edək ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslar haqqında ümumi məlumatlar “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci nömrəsində nəşr ediləcək.

Rusiyadan Azərbaycan ərazisində ƏMƏLİYYAT
Son xəbərlərDaha çox