Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri günəş batareyalarının quraşdırıldığı bel çantası hazırlayıb.
AzEdu.az-ın məlumatına görə, bunu Trend-ə layihənin rəhbəri Rusif Hüseynov deyib.
Qeyd olunur ki, söhbət bel çantası ilə Kiyev Politexnik İnstitutunun ekotexnologiya laboratoriyası tərəfindən yaradılmış səyyar sutəmizləyici qurğunun funksionallığının uyğunlaşdırılmasından gedir. Bu qurğu bir saat ərzində 30 litr çirkli suyu təmizləmək gücündədir.