Təhsil İnstitutu “SABAH Magistratura” proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin təlim və tədrisin təşkili və metodikası ixtisaslaşması üzrə 2021/2022-ci tədris ilinin yaz semestrində tədris aparmaq üçün müəllimləri əməkdaşlığa dəvət edir.
AzEdu.az xəbər verir ki, təlim və tədrisin təşkili və metodikası ixtisaslaşması çərçivəsində aşağıdakı fənləri tədris edəcək namizədlərin müraciətləri dəyərləndiriləcək:
Sosial elmlərdə statistika və data analizi;
Təhsildə keyfiyyət təminatı;
Qiymətləndirmə;
Təhsil müəssisələrində təşkilati davranış;
Sinfin idarəolunması.
Namizədlərin müvafiq ixtisas üzrə elmi dərəcəsi və ya tam ali təhsili (magistratura), sahə üzrə 3 ildən az olmayaraq ali təhsil müəssisəsində tədris təcrübəsi və ya müvafiq sahədə 5 il iş təcrübəsi olmalıdır. Namizədlərdən, həmçinin Azərbaycan dilində səlis ünsiyyət, İKT resurslarından sərbəst istifadə, innovativ tədris metodlarından istifadə, ünsiyyət və təqdimat bacarıqları tələb olunur.
Müsabiqədə iştirak etmək istəyən namizədlərdən öz CV-lərini və tədris edəcəkləri fənnin sillabusunun ilkin nümunəsini (Mövzu (subject) bölməsində fənnin adını qeyd etməklə) noyabrın 15-dək [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız ilkin mərhələni uğurla tamamlayan namizədlər növbəti mərhələ ilə bağlı məlumatlandırılacaq.