“Bu həm abituriyentlər, həm də əvvəlki illərin məzunları üçün yaradılmış bir şansdır”.
Bunu AzEdu.az -a açıqlamasında təhsil eksperti Adil Vəliyev qeyd edib.
Ekspert yeni qərarın müsbət hal kimi qiymətləndirilməli olduğunu bildirib:
“Bildiyiniz kimi 3-cü ixtisas qrupunda bəzi dəyişikliklər edildi. Düşünürəm ki, bu dəyişiklik müsbət hal kimi qiymətləndirilməlidir. Belə ki, coğrafiya fənni 2-ci və 3-cü qrupda, regionşünaslıq ilə beynəlxalq münasibətlər ixtisası isə yalnız 3-cü qrupda yer alacaq. Əgər abituriyent regionşünaslıq və ya beynəlxalq münasibətlər ixtisasına sənəd vermək istəsə,bu zaman ədəbiyyat fənninin əvəzinə coğrafiya fənnindən imtahan verəcək. Digər qaydalar olduğu kimi qalır. Fikrimcə bu dəyişiklik 3-cü qrupda olan sıxlığı bir az daha aradan qaldıracaq”.