Azedu.az

Müəllimlərin üçüncü dozada peyvəndlənməsi zəruridir-Səhiyyə Nazirliyi

22 Oktyabr 2021, 12:19
Müəllimlərin üçüncü dozada peyvəndlənməsi zəruridir-Səhiyyə Nazirliyi

 

Hər iki doza vaksin olunmuş müəllimlərin üçüncü doza ilə peyvəndlənməsi zəruri hesab edilir.

 

AzEdu.az xəbər verir ki, bu barədə Səhiyyə və Təhsil Nazirliklərinin birgə məlumatında qeyd edilib.

 

Məlumatda bildirilir ki, iki doza vaksin olunan müəllimlərin 6 ay sonra üçüncü dozada peyvəndlənmələri zəruridir:

 

“Koronavirusun daha yoluxucu "Delta" ştammının gündəmdə olması, bundan əlavə mövsümlə əlaqədar havanın dəyişməsi epidemiyanın daha geniş yayılması riskini artırır. Belə olan halda xəstəliyə qarşı immuniteti artırmaq üçün 3-cü (buster) dozanın vurulması ehtiyacı yaranır. Bunları nəzərə alaraq, Səhiyyə Nazirliyi hər 2 doza vaksin olunmuş müəllimlərin ikinci dozadan 6 ay keçdikdən sonra üçüncü doza (“buster” doza) ilə peyvəndlənməsini zəruri hesab edir”.  

 

 

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox