Azedu.az

Paytaxt məktəblərində şanlı Qələbəyə həsr olunan sərgilər keçirilir  

Məktəblər

Maraqlı

21 Oktyabr 2021, 12:11
Paytaxt məktəblərində şanlı Qələbəyə həsr olunan sərgilər keçirilir  

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri tərəfindən Vətən müharibəsində qazanılmış şanlı Qələbəyə həsr olunan sərgilər keçirilir.

 

AzEdu.az xəbər verir ki, Zəfər Günü ərəfəsində mütəmadi olaraq təşkil olunan sərgilərin əsas məqsədi şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, uşaq və gənclərin bədii-estetik zövqünü formalaşdırmaq, xüsusi istedada malik uşaqları üzə çıxarmaq, onların yaradıcılıq bacarıqlarının inkişafına dəstək verməkdir.

 

Sərgilərdə istedadlı şagirdlərin təsviri incəsənət, dekorativ tətbiqi sənət, floristika, fauna, elmi texniki və dizayn sahələrindən ibarət əl işləri və rəsmləri nümayiş olunur.

Həmçinin xarıbülbülün müxtəlif formalarda təsviri, Qarabağdakı tarixi abidələrin, qalaların, döyüşlərdə istifadə edilən silahların maketləri sərgilərdə təqdim olunur.

Qarabağ və işğaldan azad olunmuş digər bölgələrin tarixi və coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları və tanınmış şəxsiyyətlərindən bəhs edən videoçarxlar da nümayiş olunur.

 

 

 

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox