Azedu.az

Bu il buraxılış imtahanında iştirak edənlər   növbəti il birbaşa ikinci mərhələyə qatılacaq?-DİM

Buraxılış İmtahanları

Dövlət İmtahan Mərkəzi (DİM)

19 Oktyabr 2021, 16:03
Bu il buraxılış imtahanında iştirak edənlər   növbəti il birbaşa ikinci mərhələyə qatılacaq?-DİM

XI sinfi 2021-ci ildə bitirərək buraxılış imtahanında iştirak etmiş abituriyentlər 2022-ci ildə I-V ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsində iştirak etmədən birbaşa imtahanın ikinci mərhələsində iştirak edə bilərlərmi?

 

AzEdu.az DİM-ə istinadən xəbər verir ki, buraxılış imtahanının nəticəsi 2 il qüvvədə olur. 2021-ci ildə buraxılış imtahanında iştirak etmiş abituriyentlər 2022-ci ildə I-V ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsində iştirak etmədən birbaşa imtahanın ikinci mərhələsində iştirak edə bilərlər.

 

Bundan əlavə, abituriyentlər öz istəklərinə uyğun olaraq, yenidən qəbul imtahanının birinci mərhələsində də iştirak edə bilərlər. Bu zaman abituriyentlər müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəklərini özləri müəyyən edirlər.

Rusiyadan Bakıya hücum - Bunu da etdilər!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox