Bakıda məktəbli vəfat edib.
Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən 39 saylı Ağdam köçkün tam orta məktəbinin 1-ci sinif şagirdi Renat Quliyev dünyasını dəyişib.
R.Quliyevin ölüm səbəbinin koronavirus olması bildirilib.
AzEdu.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq məlumat verilib ki, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna daxil olan Renat Quliyev MisC (Çox Sistemli İltihab Sindromu) xəstəliyindən vəfat edib:
“O, xəstəxanaya yüksək hərarətlə, halsızlıq və nəfəs çatışmazlığı ilə daxil olub”.