“Müəllimlərin hazırlanması istiqamətində bp və Təhsil Nazirliyi birgə təlimlərə başlayacaq”.
AzEdu.az xəbər verir ki, bunu bp-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli Təhsil TV-nin “Təməl” verilişində deyib.
“Bununla bağlı Emin Əmrullayevlə birgə müzakirələr aparırıq. Düşünürəm ki, bu tip tədbirlər müəllimlərin daha da inkişaf etməsinə və onların dil biliklərinin yüksəlməsinə şərait yaradacaq”.