Azedu.az

“Beynəlxalq fənn olimpiadası yaxşı keçmədi” – Bürünc medalçı

30 İyul 2018, 14:32
“Beynəlxalq fənn olimpiadası yaxşı keçmədi” – Bürünc medalçı

“Suallar normal səviyyədə idi. Fikrimcə, keçən illə müqayisədə praktika eyni, teoriya isə daha çətin idi”.

Bu sözləri AzEdu.az-a açıqlamasında 50-ci Beynəlxalq Kimya Olimpiadasında (İCHO 2018) bürünc medal qazanan Bakı şəhər 160 nömrəli klassik gimnaziyanın 11-ci sinif şagirdi Nəriman Mirişov deyib.

 Onun sözlərinə görə, olimpiadada bir suala 10-15 sual daxil edilir:

“Bəzi suallarda hamısını cavablandırdım, bəzilərində isə qaldı. Elə də çətinlik çəkdiyim sual olmadı. Olimpiadada qiymətləndirmə şəffaf aparılır. Ramil də , mən də qızıl medal ala bilərdik. Qismət… Qızıl medalı isə Rusiya, Çin, Tayvan, ABŞ, Macarıstan, Cənubi Koreya, Yaponiya, Çexiya ,  Birləşmiş Krallıqdan qazandılar. Ümumilikdə isə olimpiada yaxşı keçmədi”.

Qeyd edək ki, 19-29 iyul tarixlərində Çexiya və Slovakiya respublikalarında şagirdlər arasında keçirilən 50-ci Beynəlxalq Kimya Olimpiadasında (İCHO 2018) Azərbaycanı 4 nəfər təmsil edib. Onlardan Bakı şəhər akademik Zərifə Əliyeva adına liseyin 11-ci sinif şagirdi Ramil Babazadə olimpiadanın gümüş, Bakı şəhər 160 nömrəli klassik gimnaziyanın 11-ci sinif şagirdi Nəriman Mirişov  və Lənkəran şəhər 4 nömrəli humanitar təmayüllü liseyin 11-ci sinif şagirdi Turan Məmmədli bürünc medallar qazanıblar.

 

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox