Ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalmış plan yerlərinə qəbul olunmuş şəxslər 12 oktyabr saat 23:59-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.
Bəs 9 illik təhsil bazasından kolleclərdə qiyabi təhsil almaq mümkündürmü?
AzEDu.az DİM-ə istinadən xəbər verir ki, bu proses 9 illik bazadan mümkün deyil. 11 illik təhsil bazasından müraciət etmək olar.