Azedu.az

700 bal toplayanların adları məlum oldu –SİYAHI

Bakalavr və sınaq imtahanları

29 İyul 2018, 13:32
700 bal toplayanların adları məlum oldu –SİYAHI

Dövlət İmtahan Mərkəzinin 26 iyulda keçirdiyi qəbul imtahanlarında 4 nəfər maksimum nəticə göstərib.

AzEdu.az qəbul imtahanında ən yüksək nəticəni göstərən 4 abituriyenti  təqdim edir:

II ixtisas qrupu üzrə Lənkəran rayonu, Balıqçılar qəsəbə orta məktəbinin məzunu Rəmzi Abıyev, III ixtisas qrupu üzrə Gəncə şəhəri, 27 saylı riyaziyyat-informatika təmayüllü liseyin məzunu Selcan Məmmədli, Ağcabədi rayonu, Qaravəlli kənd orta məktəbin məzunu Əzim Əzizli və  Şəki rayonu, Şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseyin məzunu Nərmin İsmayılova onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

Qeyd edək ki, yaz qəbul imtahanlarında II və III ixtisas qrupu üzrə 7 nəfər maksimum nəticə göstərib.

Zəngəzurda ciddi hazırlıq: Savaş mesajı verildi
Son xəbərlərDaha çox