“Müəllimlərin 90 faizindən çoxu vaksinasiyadan keçib”.
AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev AzTV-nin “Hədəf” verilişində deyib.
"Vaksinasiyadan keçən hər bir təhsil işçisinə təşəkkür edirəm. Artıq müəllimlərimizin 90 faizindən çoxu bu prosesə qatılıb. Digərləri ya immunitet, ya da əks-göstəriş sertifikatı olduqlarına görə hələ ki vaksinasiyadan keçə bilməyib və yaxud keçmələri mümkün deyil. Az qisim müəllimlə maarifləndirmə işlərimiz davam edir”.