“British Council”da avqust ayında 3 IELTS imtahanı keçiriləcək.
AzEdu.az xəbər verir ki, imtahanlar 2, 15, 29 avqust tarixlərində keçiriləcək.
2 avqust tarixinə olan imtahana qeydiyyat artıq bitib. Növbəti imtahanlara isə qeydiyyatlar 4 və 11 avqusta qədərdir.
Qeyd edək ki, imtahanların nəticələri növbə ilə 15, 31 avqust və 7 senyabrda açıqlanacaq.