Azedu.az

DİN Bakıda məktəbin qarşısında baş verən insidentə münasibət bildirib

25 Sentyabr 2021, 11:58
DİN Bakıda məktəbin qarşısında baş verən insidentə münasibət bildirib

Sosial şəbəkələrdə video-görüntülərdə polisin vətəndaşı saxlayarkən fiziki təzyiq etməsi ilə bağlı yayılan məlumatlar yalandır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev  açıqlamasında bildirib ki, polislər vətəndaşı döyməyiblər: “Vətəndaş küçədə özünə və ətrafdakılara xəsarət yetirməyə cəhd edərkən polis əməkdaşları ona mane olmağa çalışıblar. Vətəndaş aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırmalar aparılır”.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan video-görüntüdə polis əməkdaşlarının sürücünü məktəbli övladlarının gözü qarşısında döydüyü iddia olunur. (apa)

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox