Milli Məclisin deputatı Vahid Əhmədov karantin qaydalarına riayət edilməklə onlayn formatda seçicilərini qəbul edib.
AzEdu.az xəbər verir ki, Quba rayonu və qonşu rayonlardan qəbul üçün müraciət etmiş bütün vətəndaşlar deputat tərəfindən təkbətək dinlənilib, onların qaldırdıqları problemlər barəsində qərarlar qəbul edilib. Tez-tez gündəmə gələn - iş ilə təmin olunma məsələsi bu dəfəki qəbul zamanı da ən çox qabardılan məsələlərdən olub. Qeyd etmək lazımdır ki, bu məsələ ilə bağlı ikinci Qarabağ müharibəsinin iştirakçılarının və qazilərinin də müraciətləri çoxdur. Müəllimlərin dərs saatlarının düzgün bölüşdürülməməsi, sosial yardımların təyin olunması zamanı yaranan problemlər, məişət məsələlərinin həll olunmasına kömək və digər məsələlər qəbul zamanı müzakirə edilən suallardan olub. Bütün məsələlər qeydiyyata alınıb, bəzi problemlər barəsində operativ qərarlar qəbul edilib.
Qazilərin və müharibə iştirakçılarının qayğılarının həlli məsələsi deputat tərəfindən xüsusi olaraq rayon icra hakimiyyətinin rəhbərliyinin diqqətinə çatdırılıb.