Azedu.az

Şəkidə yeni tikili tam orta məktəbin açılış mərasimi keçirilib-FOTO

Məktəblər

22 Sentyabr 2021, 15:09
Şəkidə yeni tikili tam orta məktəbin açılış mərasimi keçirilib-FOTO

 

Sentyabrın 22-də Şəki rayonu Cəyirli kəndində Heydər Əliyev Fondu tərəfindən yeni tikilmiş tam orta məktəbin açılış mərasimi keçirilib.

 

AzEdu.az  xəbər verir ki, mərasimdə Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Heydər Əliyev Fondunun nümayəndəsi, Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova iştirak edib.

 

İlk öncə məktəbin açılışını bildirən rəmzi qırmızı lent kəsilib və məktəbdə yaradılan şəraitlə tanış olublar. Bildirilib ki, Cəyirli kənd tam orta məktəbi 432 şagird yerlikdir. Tədris binasında 21 sinif otağı, 3 laboratoriya, 2 texnologiya, informatika və gənclərin çağırışaqədərki hazırlıq, tibb otağı və məktəbəhazırlıq kabinetləri də var. Açılışdan sonra məktəbin sinif otaqları, laboratoriya, idman zalı, akt zalı ilə tanışlıq olub

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox