Müəllimləri narahat edən məsələlərdən biri də onların yeni tədris ilindən hansı balla daimiləşə bilməsidir.
AzEdu.az İnsan Resursları Mərkəzinə istinadən xəbər verir ki, cari müsabiqə üçün fənlər üzrə keçid balı 30 olaraq müəyyənləşdirilib. Həmin nəticə ilə yerlərə uyğun olaraq daimiləşmək mümkün olacaq.
Belə ki, əvvəlki illərdə həvəsləndirmə tətbiq edilən yerlərə 36-dan, həvəsləndirmə tətbiq edilməyən yerlərə 48-dən aşağı balla düşənlər həmin yerdə daimiləşə bilmirdi.