Azedu.az

COVID-19 pasportu olmayan valideynlər məktəbələrə buraxılacaq? - DƏQİQ CAVAB

Məktəblər

20 Sentyabr 2021, 09:20
COVID-19 pasportu olmayan valideynlər məktəbələrə buraxılacaq? - DƏQİQ CAVAB

Sentyabrın 22-dən etibarən Azərbaycanda 2021-2022-ci tədris ili start götürəcək. Artıq bununla bağlı Təhsil Nazirliyi tərəfindən bütün hazırlıqlar görülüb, müəllimlər, valideynlər və şagirdləri maraqlandıran bütün suallara aydınlıq gətirilib.

 

Vətəndaşları ən çox maraqlandıran sual isə COVID-19 pasportu olmayan valideynlərin məktəbə buraxılıb-buraxılmaması ilə bağlı idi.
Təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirilən brifinqdə bu sualı cavablandırarkən, “valideynlərdən heç bir COVID-19 pasportu tələb etmirik” açıqlamasını vermişdi.

 

Bu gündən isə Bakıdakı məktəblərin əksəriyyətində övladlarının kitablarını götürmək, yaxud məktəblə bağlı hər hansı məsələni həll etmək istəyən və COVID-19 pasportu olmayan valideynlər məktəblərə buraxılmır. Məktəblərdə buna səbəb kimi Təhsil Nazirliyi tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pasportu ilə bağlı tələbinə əsasən qərar verildiyi bildirilib.

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox