AzEdu.az xəbər verir ki, Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (keşmiş Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.
Abituriyentlər Apelyasiya Komissiyasına 27, 30 və 31 iyul 2018-ci il tarixlərində saat 10-dan 17-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.
Qeyd: Apelyasiya Komissiyası fəaliyyətini başa çatdırdıqdan sonra test tapşırıqlarının məzmunu, həmçinin imtahanda baş vermiş digər hallarla bağlı müraciətlərə baxılmır.