Azedu.az

Bəzi məktəb direktorlarına müəllim seçmək səlahiyyəti veriləcək-Emin Əmrullayev

Məktəblər

Elm və Təhsil Nazirliyi

13 Sentyabr 2021, 09:00
Bəzi məktəb direktorlarına müəllim seçmək səlahiyyəti veriləcək-Emin Əmrullayev

Müəllimlərin işə qəbulu ilə bağlı yeniliklər olacaq.

 

AzEdu.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev “Real TV”də yayımlanan “Mir Şahinin vaxtı” verilişinə müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, müəllimlərin bir neçə dəfə imtahan verməsi ilə bağlı qaydalara dəyişiklik edilə bilər:

 

“Bir neçə məktəbə müəllim seçmək səlahiyyəti verilə bilər. Amma vacib məsələ şəffaflıqdır. Müəllim və resurs seçimində məktəb direktorunun səlahiyyətləri olacaq. İlk növbədə bacarıqlara yönəlik yaxın 3-4 il ərzində müəllimlərin işə qəbulu ilə bağlı yeniliklər olacaq. Düşünürəm ki, imtahanların mərkəzləşdirilmiş qaydada olması hələ qalacaq”.

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox