Azedu.az

Məktəblərdə bir sıra vəzifələrə vakansiya seçiminə start verilib  

Məktəblər

Elm və Təhsil Nazirliyi

10 Sentyabr 2021, 13:12
Məktəblərdə bir sıra vəzifələrə vakansiya seçiminə start verilib  

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin vakansiya seçimi mərhələsinə sentyabrın 10-dan start verilib.

 

AzEdu.az xəbər verir ki, vakansiya seçimi mərhələsi 14 sentyabr saat 10:00-dək davam edəcək. Müsahibə mərhələsini müvəffəqiyyətlə başa vuran namizədlər bu müddət ərzində //musabiqe.baku.edu.az/ portalındakı şəxsi kabinetlərinə daxil olaraq vakansiya seçimi edə bilərlər.

 

Qeyd edək ki, müvafiq vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslərin müsahibə nəticələri artıq onların şəxsi kabinetlərinə göndərilib.

 

Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox