Azedu.az

“Bugünkü qəbul imtahanına dərsliklərdə olmayan fakt salınıb”- Ekspertdən növbəti irad  

Buraxılış İmtahanları

26 İyul 2018, 15:39
“Bugünkü qəbul imtahanına dərsliklərdə olmayan fakt salınıb”- Ekspertdən növbəti irad   

Bu gün DİM tərəfindən  II və III  ixtisas qrupu üzrə növbəti qəbul imtahanları keçirilib. 

Təhsil eksperti Kamran Əsədov bugünkü  imtahanlarda  III ixtisas qrupuna aid test tapşırıqlarının birində  səhv olduğunu iddia edib

AzEdu.az xəbər verir ki, bu barədə K.Əsədov özünün şəxsi “Facebook” hesabında məlumat yayıb: 

“Bu gün keçirilən III ixtisas qrupunda abituriyentlərə təqdim edilən  testdə orta məktəb dərsliyində olmayan faktlar yer alıb. Belə ki, III ixtisas qrupu üzrə 73 saylı açıq test tapşırığında olan faktlar: Birincisi, Gürcüstanda səfirlik faktı dərslikdə yoxdur. Düzdür, bu fakt Azərbaycan Xalq Cümhuriyyəti bölməsində var, amma müasir Azərbaycan Respublikası bölməsində yer almır. Dərslikdə olmayan faktı məntiqi nəticə kimi düzgün cavab olaraq seçmək olmaz. Bu test tapşırıqları ulduz ilə qeyd olunub abituriyentlərin xeyrinə həll olunmalıdır”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox